Qarabağda türk-rus hərbçiləri birgə işə başlayacaq – Bu tarixdə

Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar tarixində Ağdam bölgəsində işə başlayacaq.

Bu barədə RİA “Novosti”yə etibarlı mənbələrdən bildirilib.

Qeyd edilib ki, mərkəzə 60 rus və 60 türk hərbçisi cəlb olunub.

“Mərkəz sabahdan fəaliyyətə başlayacaq” deyən agentliyin həmsöhbəti qeyd edib ki, bölgədə pilotsuz uçuş aparatları ilə də monitorinq aparılacaq.

Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan Birgə Mərkəzin heyəti vəziyyəti izləmək, atəşkəsə və bütün döyüş əməliyyatlarına pilotsuz uçuş vasitələrindən istifadə etməklə nəzarət vəzifələri yerinə yetirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password