“Navalnı prezident olmaq istəyir və Putinə güclü şəkildə hücum edir”

Tanınmış publisist, insan haqları fəalı Sergey Parxomenko “Le Figaro” qəzetinə verdiyi açıqlamada Aleksey Navalnının “va-bank” oyunu və “Putinin müqəddəslikdən salınması” barədə danışıb.

Parxomenko prezident Vladimir Putinin hakimiyyətini “cinayətkar dəstə” adlandırıb. Onun fikrincə, Navalnının Putinin “firon rejimi” barədə araşdrmaları diktatorun “ilahi imicinə” ciddi zərbə vurub.

“Aleksey Navalnını yaxşı tanıyıram. Çətin, çox inadkar, siyasi missiyasına tamamilə bağlı olan bir insandır. Navalnı ona qarşı sui-qəsd cəhdindən çox təsirləndi və özünə tətbiq etdiyi senzuranı birdəfəlik lğv etdi.

Uzun illər ərzində o, korrupsiya ilə bağlı apardığı araşdırmalarda heç vaxt Putinə toxunmamışdı, hətta buna görə onu qınayırdılar. Dmitri Medvedevə, millət vəkillərinə, hərbi rəhbərlik, təhlükəsizlik xidmətlərinə hücumlar edirdi. Amma ona deyirdilər ki, bəs Putin haradadır? Yəni niyə onu tənqid etmirsən? Navalnı cavab veridi ki, “Putin bütün rejimdir, bütün bu insanlar onunla bağlıdır”. İlk dəfədir ki, Navalnı Putinin mövqelərinə hücum edir, həm də güclü bir şəkildə.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021

Bu video (Putinin 1,35 milyard dollarlıq şəxsi mülkü barədə Navalnının yaydığı video nəzərdə tutulur – red.) bütün ölkə tərəfindən izlənildi. 85 milyondan çox baxış toplayıb. Əlbəttə ki, bəziləri deyirlər: Yaxşı ki, bir kralımız var, kralın həmişə təmtəraqlı ekstravaqant sarayları olur. Ancaq bir çox insanlar ölkədəki yoxsulluq səviyyəsinə baxaraq bu cür lüks həyatdan və korrupsiyadan iyrənir. Rusiyada biz “firon miqyaslı” korrupsiya ilə qarşılaşırıq! Onun əhatə dairəsinin, ümumiyyətlə, “dövr” kimi qınanan 1990-cı illərlə heç bir oxşarlığı yoxdur. İndikilər quldurluq edirlər. Yeltsin dövründəki korrupsiya, bu gün nəhəng Putin layihələrinin köməyi ilə oğurlananların 1 faizini belə təşkil etmir!

Navalnı Putinə qarşı mübarizə çempionatının finalına çıxdı. Putin və onun düşərgəsi illərdir Navalnının adını söyləməkdən çəkinir. Amma bu heç nəyi dəyişmədi.

Vladimir Putinin olduğu deyilən saray

Navalnı prezident olmaq istəyir. Onun üçün hakimiyyətin ötürülməsi, lideri dəyişdirmə bacarığı demokratik oyunun təməl bir elementidir. Ölkənin gələcəyi risk altındadır”,- deyə Parxomenko bildirib./bizimyol.info/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password