I Qarabağ Müharibəsi qazilərinə sığorta haqqı veriləcək – Zaman açıqlandı

 

2 il əvvəl I Qarabağ Müharibəsində şəhid olmuş şəxslərin vərəsələrinə 11 min manatlıq sığorta ödənişinin verildiyi zaman bundan sonrakı mərhələdə müharibə əlillərinə də qruplar üzrə ödənişlərin təyin olunacağı gözlənilirdi.

Lakin bu məsələ illərdir həllini tapmır.

Qeyd edək ki, indiki mərhələdə Prezident İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə verilən sığorta ödənişi II Qarabağ Müharibəsi şəhidlərinin vərəsələrini də əhatə edir.

Həmçinin 2-ci Qarabağ Mühariəsi əlillərinə sığorta haqlarının yaxın zamanda ödəniləcəyi barədə məlumatlar var.

Bəs I Qarabağ Müharibəsi iştirakçılarına sığorta haqqı nə vaxt ödəniləcək?

Dövlət Sığorta Kommersiya Şirkətindən cebhe.info-nun soğrusuna cavab olaraq bildirilib ki, Birinci Qarabağ Müharibəsi ilə bağlı dövlət tərəfindən ödənişlər təyin olunub.

Şirkətin mütəxəssisi Aygün Orucova bildirib ki, amma həmin məbləğin hansı qurum tərəfindən ödəniləcəyi hələ bəlli deyil:

“Bizə məlumat verilib ki, bu, fevral-mart aylarında bilinəcək. O zaman I Vətən Müharibəsinin qaziləri həmin quruma yaxınlaşacaqlar. Amma II Vətən Müharibəsi iştirakçılarına ödənişləri biz veririk”.

Qazilər Birliyininin mətbuat xidmənin rəhbəri, Birinci Qarabağ Müharibəsinin qazisi Rey Kərimoğlu da sığorta ödənişlərinin yaxın zamanlarda veriləcəyini gözləyir: “Bizə verilən məlumata görə, mart ayından həmin ödənişlərin verilməsinə başlanacaq”.

Qeyd edək ki, qanunvericiliyə görə, ümumi sığorta məbləği 11 min manatdır ki, bu, şəhid vərəsələrinə təyin olunur. 1-ci dərəcəli əliliyə görə həmin ümumi məbləğin 80, 2-ci dərəcəli əliliyə görə 60, 3-cü dərəcəli əlilliyə görə 40 faizi təyin olunur. Ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda 25, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda ümumi sığorta məbləğinin 5 faizi təyin olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password