Badamdarda sürüşmə zonasında son vəziyyət

Dünən saat 21.05 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir.

Fövqəladə Hallar Naziriliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxarı ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və mülki obyektlər tikilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov isə qeyd edib ki, hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür.

Ərazidə təbii amillərdən başqa, insan təsirləri də var. Belə ki, yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən bu proses daha da aktivləşib.

Qeyd edək ki, sürüşmənin dünən eyni vaxtda Xəzər dənizində baş vermiş kifayət qədər güclü zəlzələ ilə əlaqədar olduğu ehtimal edilir. Sürüşmə zonasından müəyyən məsafədə yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında Nazirlik tərəfindən 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılıb, istinad divarlarlı çəkilərək terraslama işləri aparılıb. Bunun nəticəsi olaraq işlər başa çatmış ərazidə heç bir sürüşmə hadisəsi baş verməyib. Dünənki sürüşmə layihənin davam etdiriləcəyi ərazidə baş verib. Xatırladaq ki, layihə hələ bitmədiyindən və ərazidə stabilləşmə prosesləri baş vermədiyindən lokal sürüşmə hadisələri hələ də gözlənilir. Vəziyyət tam nəzarət altındadır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password