XTQ döyüşçüsü Əmir Cəfərov da Şuşaya ilk daxil olanlardandı
Sentyabrın 27-dən başlanmış ikinci Qarabağ savaşını -Vətən müharibəsinı Azərbaycan xalqı səbrsizliklə gözləyirdi. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqlarımızın azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Prezident,Ali Baş Komandanın rəhbərliyi sayəsində istər beynəlxalq tribunalardan istərsə də ölkə səviyyəsində keçirilən bütün tədbir göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olunub, Qarabağ Azərbaycanındır!
Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Şəhidlərimiz də, yaralılarımız da bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildi. Məhz, onların sayəsində 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdıq, Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Doğrudur, döyüşlər mürəkkəb coğrafi şəraitdə, relyefdə baş versə də, Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə səddləri qursa da, istahkamlar inşa etsə də, rəşadətli Azərbaycan ordusu xalqına tarixi qələbəni qazandırdı. Azərbaycan Ordusu ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoydu.
Vətən müharibəsinə könüllü qoşulan,XTQ-də xidmət edən igidlərmizdən biri də Bakı şəhəri Pirallahı rayon sakini Əmir Rövşən oğlu Cəfərovdur. Qeyd edək ki,Əmir Qarabağmızda fəal iştirak edən oğullarmızdandır.Füzuli,Qırmızı bazar,Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.23 yaşlı Əmir Cəfərov SOKAR-ın TTSİ-nin Qobustan Regional Təlim mərkəzində qazmaçı peşəsinin sirlərini öyrənib ,təcrübə almasına baxmayaraq könüllü vətəni qorumağa getmişdir.Əmirin bu igidliyi təsadüfi deyil, dayıları və atası Rövşən Cəfərov 1-ci Qarabağ savaşında canla,başla savaşan qəhrəmanlarımızdandır.Anası Elza xanım Cəfərova 231 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq. Əmir Cəfərov kimi döyüş yolu keçmiş oğullarımız isə gələcək nəsillərə örnək olacaqlar.
Biz sizinlə fəxr edirik igid Azərbaycan oğulları!
Aktualinfo.org