Orada terrorçu qeydə alınsa, türk hərbçilər… – Politoloq

 

Xəbər verdiyimiz kimi, Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.

Sosial şəbəkələrin Azərbaycan seqmentində hazırda əsas müzakirə mövzularından biri də bu məsələdir. İnsanlar Birgə Monitorinqin xeyrimizə nələri dəyişə biləcəyini müzakirə edirlər.

Orada terrorçu qeydə alınsa, türk hərbçilər... - Politoloq

Politoloq Elxan Şahinoğlu açıqlamasında deyib ki, Azərbaycan ictimaiyyətinin Türkiyə hərbçilərinin iştirakı ilə fəaliyyətə başlayan birgə monitorinqdən gözləntiləri böyükdür. Onun sözlərinə görə, burada əsas məqam atəşkəsə riayət olunması məsələsinə nəzarətdir:

“Üstəlik, Rusiya hərbçilərinin Qarabağda atəşkəsə təkbaşına nəzarəti bizi qane etmir. Narahatlığımıza səbəb olan hallar baş verir. Çünki müəyyən təxribatlar var.

Türkiyədən olan hərbçilər meşələrdə və qəsəbələrdə dron uçuşları həyata keçirəcəklər. Əgər orada əlisilahlı terrorçu qeydə alınsa, dərhal həmin yerə gedilməli və onlar tərk-silah olunmalıdır. Rusiyalı hərbçilər etməsə, bunu türk hərbçilər edəcək. Azərbaycan Ordusu da buna dəstək verəcək. Ona görə də Ağdamda Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan üçün çox vacibdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password