Lənkəranda, kənd xəstəxanasında baş verən ağılasığmaz olaylardan Prezidentə müraciət olundu
Lənkəran rayonu, Mamusta kənd sakini Vəliyeva Qızvəst Mirahil qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Prezident administrasiyasının müdiri Samir Nuriyevə,Baş nazir Əli Əsədova, Prezident Adminsistrasiyasının hüquq şöbəsinin rəhbəri Fuad Ələsgərova,İqtisadiyyat naziri Mikayıl Cabbarova,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sdəri Fərhad Abdullayevə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Daxili İşlər naziri V ilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə,Səhiyyə naziri Oktay Şirəliyevə,(şəxsənTƏBİB cənab Ramin Bayramova, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya,və müstəqil KİV nümayəndələrinə Lənkəran rayon Mamusta kənd xəstəxanasının baş həkim və işçilərinin 29 kənd sakinin (o cümlədən şəhid ailəsinin 12100 manat pulunu) pensiya və işə düzəlmək adı altında onlardan aldıqları cəmi 52800 manat pulun geri qaytarılması barədə müraciət ünvanlanıb.
Aktualinfo.org Mamusta kənd sakini Qızvəst Vəliyevanın sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:
Bildirim ki, Mamusta kənd xəstəxanasında işləyən əmim qızı Abbasova Gülbahar Xahəsən qızı mənə bildirdi ki, o rəhmətlik Rövşən Lənkəranskinin anası Hacıxanım ananın yanında katibə kimi də işləyirmiş. Onun köməkliyi ilə atanın, əminin və diggər tanıdığın adamların əlillik pensiyasına çıxmaq, işə düzəlmək kimi problemlərini çox asan həll edə bilir. İlk növbədə atam Mirahilin ciddi xəstəliyinə görə onunla 2000 manat danışdım. Əvvəlcə 1000 manat, daha sonra da 1000 manat verdim. Sonra qardaşım Əhmədağanın da pulunu ürək xəstəliyindən pensiyaya çıxmağa görə verdik.Sonra bacım Mirvarinin də beləcə pulunu verdik. Gülbahar bu pulları işlədiyi xəstəxanada baş həkim Şakirə, Talehə və Könülə verərək işi düzəldəcəyini bildirmişdi. Beləliklə bütün ciddi xəstə olan qohum-əqrəbadan –cəmi 29 nəfərdən əlillik pensiyası və iş düzəltmək adı ilə mənim yanımda Gülbahara cəmi 52 800 manat pul verdik. Lakin aradan 8 ay keçdi. O əvvəlcə izah etdi ki. baş həkim sənədləri təsdiq etdirmək üçün yuxarılara verib. Amma koronavirus vaxtı olduğuna görə işlər uzanır. İşi belə görüb əvvəlcə Hacıxanımın evinə getdim. Dedilər Hacıxanım ana 1il aydır ki, burada yaşamır, Bakıda olur. Ona görə də Polis Şöbəsinə gəlib şikayət ərizəsi verdim. DİN-nin 102 xidmətinə də bu barədə şikayət etmişdim. İşə əvvəlcə Elvin adl müstəntiq baxırdı. Sonra o heç bir tədbir görmədiyindən işi ondan alıb başqasına verdilər. Düz 3 aydır ki, Lənkəran Polis Şöbəsi mənə heç bir cavab vermir. Amma bir dəfə polisdə olanda polislər Gülbahar haqqında dedilər ki,o adam öz evindən oğurluq etdiyinə görə də izahatı alınıb.Gülbaharla mənim aramda çoxsaylı SMS yazışmalar var ki,pulun alınması, kimə verilməsi hamısı olsa da polis buna əhəmiyyət vermir. Məsələn şəhid ailəsi var ki, onlardan 12100 manat pul almışdi,oğluu yaxşı işə düzəltmək adı ilə. Amma sonra həmin oğlu müharibədə şəhid oldu. Heç onun da pulunu insafları olub qaytarmırlar ki, ailə onsuz da bədbəxt olub.Bu gün bütün ziyana düşən qohum-əqrəba deyir ki, Qızvəst biz bilirik ki, burda sənlik bir şey yoxdur. Biz sənin yanında pulu Gülbahara vermişik. O da aydın olub ki, Gülbahar yaşadığı evi super təmir etdirib, qalan pulları da baş həkim və Talehlə bölüblər.Qohumlarım deyir ki,sən şikayət et biz hamılıqla səni müdafiə edəcəyik, şahid ifadəsi verəcəyik,qorxma. Bir tərəfdən polisin xəstəxananın baş həkimi Şakiri, Gülbaharı izahat vermək üçün dəvət etməsindən sonra onlar məni xəstəxanaya çağırıb hədə-qorxu gəlməyə başladılar. Gülbahar dedi ki, əgər bir də Şakirin, Talehin, Könülün adını polisə versən sənin uşağın 1 iynənin qurbanı olacaqdır. Heç bilməyəcəksən hansı həkimin əli ilə olub. Mən bu hədələmələr haqqında Lənkəran Polis Şöbəsinə, İcra Hakimiyyətinə, ərazi kənd nümayəndəsinə, DTX-ya müraciətlər etmişəm. Təkcə İcra Hakimiyyətinin hüquqşünası yazır ki, get Lənkəran ŞPŞ-nə və ya Lənkəran Prokurorluğuna müraciət et. Bundan sonra baş həkim Şakir məni öz otağına çağıraraq hədə-qorxu gəldi ki, Talehin adını çəksən o səni məhkəməyə və prokurorluğa verəcək.O məni həkim Talehin yanına apararaq səsimi gizli yazdı və şərlədi. Gülbahar isə məni ayrıca narkoman dayısı ilə hədələdi ki, səni məhv etdirərəm. Mən xəstə oğlumla birgə 113 manat pulun ümidi ilə yaşayırıq. Camaatın pulunu mən qaytara bilmərəm.
Bizə sonradan o da məlum oldu ki, Gülbahar xəstəxana işçilərinin hərəsinə 300-700 manat paylayaraq guya bu pulların Mehriban Əliyevanın Fondu və deputat Qənirə Paşayevanın Fondu tərəfindən göndərildiyini bildirib. Halbuki bu pullar bizlərdən yığılmışdı.İndi nə mən,nə də 4 yaşl xəstə oğlum evdən bayıra çıxa bilmirik ki, xəstəxana işçiləri bizi gəlib öldürəcəklər. Ona görə də Daxili İşlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, mənim və oğlumun təhlükəsizliyinin təmin olunması üçün şəxsən göstəriş verəsiniz.
Hörmətli Prezident Sizdən çox xahiş edirik ki, əlillik pensiyasına çıxarmaq və işə düzəlmək adı altında biz əlacsız, xəstə və şəhid ailəsi olan Lənkəran rayonun Mamusta kənd sakinlərindən kənd xəstəxana işçiləri – Gülbahar, Şakir, Taleh və Könül adlı şəxslər tərəfindən aldadılaraq əlimizdən alınmış cəmi 52800 manat pulumuzun qaytarılması üçün ( bu pulun 12100 manatı şəhid ailəsinindir) aidiyyatı dövlət orqanlarına göstəriş verəsiniz.
Aktualinfo.org