FHN Xırdalanda axtarışa davam edir: Daha bir uşaq…
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. İndiyədək dağıntılar altından 6 vətəndaş xilas olunaraq təhvil verilib, daha bir nəfərin isə cəsədi çıxarılıb
Qeyd edək ki,partlayış zamanı dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayevanın cəsədi tapılıb. Onun azyaşlı qızının axtarışları isə davam edir.
Vəfat edən qadının həyat yoldaşı Musayev Vüsal Firuddin oğlu, övladı, 10 yaşlı Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, qohumu Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədova xəstəxanaya yerləşdirilib.
Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı, 1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur.
Qeyd edək ki, həlak olan Aytən Musayeva Ağstafa rayonunda doğulub və Gəncə Tibb Kollecinin məzunu olub.