“Azərbaycanın ərazi bütövlüyünü qısa vaxtda bərpa etməsi böyük nailiyyətdir” – Gürcü politoloq

“2020-ci il Azərbaycanın parlaq qələbəsi ilə yaddaqalan oldu”.

Bunu “Azərbaycan və Gürcüstan azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda onlayn formatda keçirilən dəyirmi masada çıxışında gürcü politoloq Levan Metreveli deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın böyük qələbəsi pandemiya da daxil olmaqla ötən ilin bütün neqativ hadisələrini üstələdi: “Azərbaycanın zəfəri zənn etməyə imkan verir ki, tezliklə Gürcüstan da ərazi bütövlüyünü bərpa edəcək və strateji tərəfdaşı olan Azərbaycanla bütün sahələr üzrə uğurlu əməkdaşlığı davam etdirəcək”.

Digər ekspert Malxaz Qulaşvili isə deyib ki, Azərbaycanın ərazi bütövlüyünü qısa vaxt ərzində bərpa etməsi müasir dünyada presedenti olmayan hadisədir: “Buna Azərbaycan Prezidenti İlham Əliyevin həm regionda, həm də diplomatik müstəvidə apardığı müdrik siyasəti nəticəsində nail olundu. İşğal altında saxlanılan torpaqların azad edilməsi Azərbaycan xalqının ən böyük nailiyyətidir”.

Politoloq Gürcüstanın da ərazi bütövlüyü probleminin tez və ya gec həllini tapacağına ümidvar olduğunu qeyd edib.

Tədbirdə iştirak edən tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə güc mərkəzinə çevrildiyini deyib: “Azərbaycan nəinki postsovet ölkələrinə, həmçinin bütün dünyaya işğal olunan torpaqların hansı yolla geri qaytarmaqla bağlı nümunə göstərdi”./report.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password