Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq

“Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”.
Bu sözləri  açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindəki mümkün dəyişiklikləri təxmin edərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
“Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə Rusiya və Türkiyəli hərbçiləri birgə fəaliyyət göstərməlidirlər. Türkiyəli hərbçilər isə Rusiya sülhməramlıların indi müşahidə edilən bəzi qanunsuzluqlarına sakit qalmayacaq.
Nə separatçıların əli silahlı gəzməsinə, nə də rus hərbçilərinin onlarla əlaqələrinə göz yummayacaqlar. Silahlı separatçıların tərksilah edilməsi tələb ediləcək.  Ona görə də düşünürəm ki, bu günə qədər sülhməramlı missiyasına yaraşmayan bəzi addımlara gedən rus sülhməramlıları özlərini bir qədər yığışdıracaq”.
Müsahibimiz hesab edir ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə böyük ölçüdə prosesi nizamlaya biləcəyik:

“Qarşı tərəf qarşısında real güc görəcək. Bilirik ki, Moskva Ankaradan bir qədər çəkinir, onunla hesablaşır. Odur ki, Ağdamdakı Monitoriq Mərkəzi qısa zamanda fəaliyyətə başlamalıdır ki, sülhməramlı adı ilə bölgəyə gələn qüvvələrin özbaşınalıqlarının qarşısını müəyyən dərəcədə ala bilək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password