“Müəllimlər arasında koronavirusa kütləvi yoluxma halları olub” – Emin Əmrullayev
“Teledərslər bu ilin sonunadək davam edəcək”.
Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, şagirdlər arasında koronavirusa kütləvi yoluma halı qeydə alınmayıb: “Bu, müəllimlər arasında olub. Ona görə də ölkə üzrə yoluxma statistikasına uyğun olaraq, 5-9-cu siniflər üçün dərslərin bərpa olunmasına qərar veriləcək”.
Nazir artıq vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlandığını da bildirib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur: “Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik”.