Azərbaycanda jurnalist qətlə yetirildi

 

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub. APA

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password