Tehranda Azərbaycan və İran birgə iqtisadi komissiyasının iclası keçiriləcək

Tehranda Azərbaycan və İran birgə iqtisadi komissiyasının iclası keçiriləcək

Bu gün İran paytaxtı Tehran şəhərində Azərbaycan-İran İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası işinə başlayacaq.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz “Twitter” səhifəsində yazıb.

S.A.Musəvinin sözlərinə görə, Bakıdan böyük iqtisadi nümayəndə heyətinin Tehrana səfər etməsi ilə nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəni, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclası keçiriləcək.

İran səfiri Tehranda keçiriləcək ikigünlük iclası həmçinin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından vacib hesab edib.

Qeyd edək ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password