Qərb Rusiyanı Navalnıya görə sərt qınadı
ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Avropa İttifaqı Şurasının sәdri Çarls Mişel rus müxalif siyasətçi Aleksey Navalnının saxlanılması ilə bağlı rəsmi Moskvanı tənqid edib.
Pompeo açıqlamasında Rusiyanı şiddətlə qınadığını qeyd edib: “ABŞ Aleksey Navalnının Rusiyada tutulmasını şiddətlə qınayır. Biz Navalnının dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edirik”.
Həmçinin Pompeo seçki prosesi zamanı Rusiyadakı bütün siyasi partiyalara və namizədlərə yer verilməli olduğunu vurğulayıb.
Mişel isə siyasətçinin həbsinin qəbuledilməz olduğunu bəyan edib: “Rusiya hakimiyyətini Navalnıyı dərhal sərbəst buraxmağa çağırıram”.
Bundan əlavə, Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel eyni çağırışı sosial media mesajında təkrarlayıb və Navalnının hüquqlarına hörmət edilməli olduğunu bildirib. O, “mühakimənin siyasiləşdirilməsi qəbuledilməzdir”,- deyə yazıb. (virtualaz.org)