Makronun Ərdoğana jestinin arxasında nə dayanır? – Politoloq

“Fransa hansı yolla olur-olsun bu formata qayıtmaq istəyir”.
Bunu  açıqlamasında politoloq Fərhad Mehdiyev Fransa prezidenti Emmanuel Makronla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdən danışarkən deyib. Onun sözlərinə görə, Fransa ilə Türkiyə arasında münasibətlər xeyli pisləşib:
“Bu səbəbdən görüşdə iqtisadi münasibətlərdən tutmuş xarici siyasətin müyyən addımlarının ortaq atılması ilə bağlı məsələlər müzkirə edilə bilər. İstisna deyil ki, onlar bu görüşdə Qarabağ məsələsinə toxunsunlar. Niyə? Çünki Fransa Qarabağ prosesinin həllindən hazırda uzaqlaşdırılıb. Halbuki bu, Fransanın heç də xoşuna gələn iş deyil. Fransa indi yaxşı başa düşür ki, Türkiyəni razı salmağa ehtiyac var. Yəni, bu məsələlər də görüşdə müzakirə olunacaq”.
Fərhad Mehdiyev onu da əlavə edib ki, Fransanın əsas məqsədi Qarabağ probleminin tənzimlənməsinə qayıtmaq istəyidir:
“Bunu müxtəlif vasitələrlə dilə gətirir. Makronun Ərdoğana jest eləməsi, yəni, təkrar əlaqələrinin bərpa eləmək istəyi sadəcə bundan irəli gəlir. Onların arasındakı münasibətlər çox pisləşmişdi. İndi Makron başa düşür ki, onları belə səviyyədə saxlamaq düzgün deyil”.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Türkiyə Prezidenti Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib./qaynarinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password