Bayden ermənini Ağ Evdə yüksək vəzifəyə gətirir
ABŞ-ın yanvarın 20-də fəaliyyətə başlayacaq yeni prezidenti Con Bayden milliyətcə erməni Hayk Hacnazaryanı Ağ Evin regional kommunikasiya departamentinin rəhbəri təyin edib.
Erməni media resurslarının yaydığı məlumata görə, bu barədə ABŞ-ın yeni seçilən prezidenti və vitse-prezidentinin saytında yayılan məlumatda qeyd edilib.
Livanlı erməni Hayk Hacnazaryan bu təyinatdan əvvəl Baydenin Qərbi Pensilvaniyadakı seçki kampaniyasının mətbuat katibi olub.
Ondan əvvəl isə senator Joe Donnellinin mətubat katibi vəzifəsini icra edib.
Bu kimi təyinatların ola biləcəyini nəzərə alaraq ABŞ-dakı Azərbaycan diasporunun fəal olması qaçılmazdır.