Yerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edib

Ermənistan silahlı qüvvələrində məcburi hərbi xidmət edən əsgərlərin valideynləri paytaxt Yerevanda hökumət binasının qarşısında baş nazir Nikol Paşinyanla görüş tələbi ilə aksiya keçiriblər.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, valideynlər övladlarının Azərbaycanın Qarabağ bölgəsində xidmət etməsinə qarşı çıxaraq onların sağ qalacaqlarına hakimiyyətdən zəmanət tələb ediblər

“Paşinyan 25-30 min əsgəri xilas etdiyini deyir. Qoy bizim üzümüzə kimi və necə xilas etdiyini desin”, – aksiya iştirakçısı deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password