Ermənistanda daha bir təhlükəli çağırış: Atom silahı yaradılsın!

“Müharibədə ağır məğlubiyyət erməni siyasətçilərin olan-qalan ağıllarını da itirib. Deməli, “Çiçəklənən Ermənistan” partiyasının deputatı, parlamentin regional məsələlər və inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Mikael Melkumyan infrastruktur nazirinin müavini Akop Vardanyandan soruşub ki, Metsamor atom elektrik stansiyasının radioaktiv tullantılarından ölkənin müdafiə qabiliyyətini yüksəltmək üçün istifadə etmək olarmı? Başqa sözlə erməni deputat soruşmaq istəyib ki, Ermənistan atom silahı yarada bilərmi?”.

Sözügedən məsələni “Atlas” Araşdirmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. Politoloq qeyd edib ki, hələ ki nazir müavininin deputata nə cavab verdiyi barədə məlumat yoxdur:

“Buna baxmayaraq, atom silahı mövzusu erməni siyasi dairələrin və medianın diqqətini çəkib. Müharibədən sonra açıq etiraf ediblər ki, Ermənistan Azərbaycan və Türkiyə qarşısında gücsüzdür və təkbaşına bu iki dövlətlə bacara bilməyəcək. Digər tərəfdən onu da etiraf ediblər ki, müttəfiqləri Rusiya və Fransa Ermənistanı məğlubiyyətdən xilas etmədi. Ona görə də Ermənistan xilası haqqında təkbaşına düşünməli və bu məqsədlə atom silahı əldə etmək üçün çalışmalara başlamalıdır.

Yazırlar ki, guya atom silahı əldə etmək üçün Ermənistanın kifayət qədər mütəxəssisi var, gərəkli maliyyəni isə dost dövlətlərdən əldə etmək mümkündür. Onu da hesab edirlər ki, Fransa və Rusiya onları məğlubiyyətdən xilas etməsə də, Bakı və Ankaranı durdurmaq üçün Ermənistana atom silahı əldə etmək üçün dəstəklərini əsirgəməyəcəklər. Bunun ardınca təhdid fikirlərini də yayıblar: “Əgər Azərbaycan torpaqlarımızı geri qaytarmasa, atom silahından istifadə etməliyik”.

Sərsəmləyirlər. Ancaq bu sərsəmləmə parlamentdə dilə gətirilib və geniş müzakirələrə səbəb olub”.

Ekspert vurğulayıb ki, Ermənistanın atom silahı əldə etməsi xülya kimi qiymətləndirilsə də, qonşu dövlətdəki bu müzakirələrə diqqət etməliyik:

“Azərbaycanda atom silahı heç zaman müzakirə mövzusu olmayıb. Ancaq əgər düşmənin bu haqda düşünür və müzakirələr açırsa,  sən də bunun qarşısını almağın yolları barədə düşünməlisən. Atom silahına qarşı əsas silah isə elə qarşındakının da eyni silaha yiyələnməsidir. ABŞ – SSRİ, Hindistan – Pakistan və İsrail – İran qarşıdurmaları da bundan xəbər verir. Türkiyə də atom silahı haqqında ciddi düşünür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password