Dünən şəhid olan zabitimiz dəfn edildi
Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb.
Hadisə günorta saatlarında baş verib.
Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, kapitan 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.
Bu gün Gəncədə şəhid kapitanın dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.
Qeyd edilib ki, şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ Müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, N saylı hərbi hissədə xidmət edir.
Sonda mərasimdə yaylım atəşi açılıb.
Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.