Azərbaycanla Ermənistanı hansı yollar birləşdirəcək?
“Kommersant.ru” nəşrində “Azərbaycanla Ermənistanı hansı yollar birləşdirəcək?” adlı geniş yazı dərc olunub. Məqalədə qeyd olunur ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar üçtərəfli görüşü zamanı əsasən iqtisadi əlaqələr, nəqliyyat yolları və Ermənistanın blokadadan çıxması müzakirə edilib.
“Burada söhbət iki əsas sahədən gedir. Birincisi, bu, Azərbaycanın əsas hissəsindən Ermənistanın Sünik bölgəsindən keçməklə anklav ərazi olan Naxçıvana açılacaq bir dəhlizdir. İkincisi, İrəvandan Naxçıvana çəkilən və Sünik bölgəsinədək gedən dəmir yoludur. Hər iki marşrut Sovet dövründə fəal şəkildə istifadə olunurdu, lakin Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı ilə fəaliyyətini dayandırıb. Bu nəqliyyat yollarının bağlanması səbəbindən Rusiya da zərər çəkib.
Çünki Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiya Gürcüstana gedən qatarlarının hərəkətini dayandırdı.Bununla Ermənistan əsas müttəfiqi olan Rusiya, ilə, Rusiya isə Türkiyə ilə əlaqəsini itirdi”, – deyə məqalədə vurğulanıb.
Nəticədə, Ermənistanın dəmir yolları İrəvan və Tiflisi birləşdirən kiçik bir hissəyə qədər azaldı, Rusiyadan gətirilən mallar isə yalnız hava şəraitinə görə müntəzəm olaraq bağlı qalan Gürcüstan Hərbi Magistral yolu ilə nəql edilməyə başlandı.
Digər tərəfdən məqalədə Ermənistan üçün İranla olan iqtisadi əlaqələrinin nə dərəcədə önəm kəsb etdiyi də açıqlanır. Yazıda həmçinin, nəqliyyat yollarının hər 3 ölkə üçün əlverişli tərəfləri də sadalanır.
“İranla iqtisadi əlaqələrin genişləndirilməsi Ermənistan üçün irəliləyiş ola bilərdi, ancaq ölkələri yalnız dağ yolunun birləşdirdiyini nəzərə alsaq, bunun nə qədər çətin olduğunu anlaya bilərik. Beləliklə, Moskvada imzalanan sənəd nəzəri cəhətdən hər üç tərəf üçün əlverişlidir.
Azərbaycanın Naxçıvana və Türkiyəyə, Rusiyanın Türkiyə və Ermənistana, Ermənistanın isə Rusiya və İrana gedən bir yola ehtiyacı var”. (bizim.media)