220 milyonu var, amma xərcləyə bilmir – Dünyanın ən bədbəxt milyonçusu

San-Fransiskoda yaşayan Stefan Tomas adlı Almaniya vətəndaşı içində 220 milyon dollar olan “Bitcoin” hesabının şifrəsini unudub.

Alman proqramçının şifrəni doğru təxmin edə bilmək üçün sadəcə 2 şansı qalıb.

S.Tomas yanlış təxminlər etsə, hesabı batacaq.

“Nyu-York Tayms”a açıqlama verən proqramçı ən çox istifadə etdiyi şifrə formalarını sınaqdan keçirdiyini, lakin heç biri işə yaramadığı üçün pullarını götürə bilmədiyini deyib.

Qeyd edək ki, S.Tomas 2010-cu ildə biri 4 dollara olan 7 min 200 ədəd “Bitcoin” alıb. Hazırda “Bitcoin”lərinin biri 35 min dollara yaxın dəyər daşıyır.

Proqramçı tvitter hesabından verdiyi açıqlamada “ümid edirəm, mənim səhvlərimdən dərs çıxaranlar olar. Bir parça proqnoz 10 illik peşmanlığın qarşısını ala bilər” sözlərini yazıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password