“Kreml ya ikili oynayır, ya da ki, Rusiyadakı ermənilərinə nəzarət edə bilmir” – Politoloq

“Kreml ya ikili oynayır, ya da ki, Rusiyadakı ermənilərinə nəzarət edə bilmir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçilyi ilə yanvarın 11-də Moskvada azərbaycanlı və erməni həmkarıyla üçtərəfli görüş keçirildi: “Kreml sahibi görüşün nəticəsindən razı qaldığını bildirdi. Kremlin nəzarətindəki media da görüşü uğurlu adlandırıb. Buna baxmayaraq, Rusiyadakı ermənilər Moskva bəyanatına imza atan Nikol Paşinyanı batırmaq üçün əllərindən gələni edirlər.

Məsələn, Rusiya ermənilərinin lideri Ara Abramyan əvvəlcə Paşinyana ultumatum elan etdi ki, “Moskvaya gəlmə”, bu alınmadıqda Ermənistanın Rusiya səfirliyi qarşısında etiraz təşkil etməyə çalışdı. Kremlin nəzarətindəki və erməni jurnalist Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agenltliyinin Ermənistandakı ofisi olan “Sputnik Ermənistan” faktiki Paşinyan əleyhinə olan qüvvələrin informasiya ruporuna çevrilib.

Paşinyan əleyhinə ən sərt, bəzən isə təhqiramiz yazılar məhz “Sputnik Ermənistan” agentliyində yayımlanır. Misal üçün agentlik dünənki Moskva görüşü barədə yazı yayımlamaq əvəzinə “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını dərc edib. Kreml Ara Abramyanın da ipini yığa bilər, Marqarita Simonyana da deyə bilər ki, “hələ ki, Paşinyan bizə lazımdır, onu az tənqid edin”. Kreml bunları etmirsə, demək Paşinyana qarşı kökə və qamçı siyasətindən çıxış edir. Kreml bir tərəfdən Paşinyana imzaladığı 10 noyabr və 11 yanvar bəyanatlarını yerinə yetizdirir, digər tərəfdən Ara Abramyan və Marqarita Simonyan kimilərdən istifadə edərək Ermənistanın baş nazirini qamçılayaraq ona təzyiqini davam etdirir. Yəni Kreml keçmişdə zəhləsi getdiyi Paşinyana demək istəyir ki, “Sən artıq bizim əlimizdəsən””.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password