Azərbaycana peyvənd gətirildi? – TƏBİB xəbərsizdir

 

Çindən istehsalı olan SARS-CoV-2 koronavirusa qarşı  peyvəndin ilk partiyasının artıq Azərbaycana gətirilldiyi bildirilib. ”Sputnik”in Səhiyyə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumatda bildirilir ki, peyvəndin ilk partiyası risk qrupuna aid olanlara tətbiq ediləcək.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Bilriyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlamasında peyvəndin Azərbaycana gətirilməsini təsdiqləməyib.

Qurum sözçüsü bununla bağlı rəsmi məlumatın olmadığını bildirib:

“Biz tərəfdən rəsmi belə bir məlumat verilməyib. Deyə bilmərəm ki, hansı mənbəyə istinadən belə məlumay yayılıb. Amma TƏBİB tərəfindən rəsmi heç nə açıqlanmayıb. Məlum strategiyada peyvəndlə bağlı bütün məlumatlar açıqlanacaq”.

Qeyd edək ki, Prezidenti İlham Əliyev MDB dövlətləri başçılarının  sammitində çıxış edərək peyvənd proqramının 2021-ci ilin əvvəllərində tətbiq ediləcəyini bildirib. Vaksinləmə könüllü və dövlət hesabına aparılacaq.Bizim.Media

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password