Osman Gündüz WhatsApp-la bağlı ajiotaja aydınlıq gətirdi

“Baxıram ki, bizim azərbaycandilli sosial media məkanı, media qurumları WhatsApp-la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər. Düşünürük ki, ciddi narahatçılıq üçün əsas yoxdur”.
 Bunu Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O qeyd edib ki, uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən WhatsApp-dan pulsuz istifadə olunur:
“Pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir. Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, Facebook da, digərləri də istifadə edir. İndi də, WhatsApp-da Facebook-a məxsus olduğundan bu datalardan WhatsApp reklam məqsədilə də istifadə olunacaq. Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır”.
Osman Gündüz qeyd edib ki, adi istifadəçinin yazışmaları heç kimə lazım deyil:
“Burada hansısa risklər yoxdur. Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumların, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə, vətəndaşlarınmızın və qeyri-dövlət sektorunun, imkan daxilində inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik”.
Osman Gündüz hesab edir ki, bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var:
“Yeri gəlmişkən hazırda Konqresdə Facebook, Google, Apple və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər yaxın müddətdə bu resurslar məcburən parçalansın və WhatsApp-ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olardı. Nəzərə alaq ki, Telegram da rus vətəndaşına məxsusdur. Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb”./qaynarinfo/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password