SOCAR öz işçilərinin əmək haqlarını azaldır

Dövlət Neft Şirkəti (SOCAR) koronavirus pandemiyasının şirkətə yaratdığı problemlərin həlli məqsədilə bir sıra tədbirlərə, o cümlədən əməkdaşlarının maaşlarını azaltmağa başlayıb.

Şirkətdəki vəziyyət və görülən tədbirlərlə bağlı SOCAR-ın rəsmi İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə münasibət bildirərkən məlumat verib.

Onun sözlərinə görə, pandemiya şəraitində dünyanın bir çox aparıcı neft şirkətlərində ixtisarlar olub: «Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır».

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında əmr imzalayıb.

Bu əmr və attestasiyanın keçirilməsi barədə qərar şirkətdə ixtisarların olacağına işarə kimi də başa düşülür. Amma şirkət nümayəndələri SOCAR-da kütləvi ixtisarların olmayacağını bildirib./fed.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password