Erməni ordusunun qalıqlarının Qarabağdan çıxarılacağı gözlənilir

 

Qısa müddət ərzində erməni ordusunun qalıqlarının Dağlıq Qarabağdan çıxarılacağı və Ermənistan ərazisinə çəkiləcəyi gözlənilir. Dağlıq Qarabağın hazırda ermənilər yaşayan hissəsində isə təkcə Rusiya sülhməramlı kontingenti və yerli əhalidən formalaşan azsaylı dəstələr olacaq.

Belə məlumat erməni telegram-kanallarından birində yayılıb. “Dördüncü respublika” adlı telegram-kanal bu məlumatın hələ təsdiqlənmədiyini qeyd edir və ümid edir ki, “onurğasız rəhbərlik belə satqınçılığa getməz”. Çünki silahlı birləşmələrin Qarabağdan çıxarılması Ermənistan üçün “fəlakət” olardı.

Qeyd edək ki, darmadağın edilmiş Ermənistan ordusunun qalıqları hərbi əməliyyatların dayandırılmasından sonra da Dağlıq Qarabağda qalmaqdadır. Onlar formal olaraq “dqr müdafiə ordusu” adlandırılır, lakin aydındır ki, Azərbaycan ərazilərinin bu hissəsində qalan silahlıların çoxu Ermənistandan gətirilənlərdir. Bəzi keçmiş səhra komandirləri isə son günlər Dağlıq Qarabağda “yeni, müasir ordu qurmaq” barədə bəyanatlar verirlər.  Bu da qeyd-şərtsiz təslim olmuş Ermənistanın üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır və revanş niyyətlərindən xəbər verir.

Erməni ordusunun qalıqları , təxminən 10-15 minlik birləşmə hərbi əməliyyatların dayandırılmasından sonra Əsgəran-Xocalı istiqamətində, Xocavənd ətrafında və qismən də Ağdərədə cəmləşib. 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birinə əsasən regionda sülhməramlılar erməni qüvvələrinin çıxarılması ilə paralel (bu bənddə erməni qüvvələrinin konkret haradan çıxarılması və hara yenidəndislokasiyası göstərilməsə də) yerləşdirilməliydi. (virtualaz.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password