Xaricdən məhsul sifariş edənlərin diqqətinə – Yanvarın 1-dən…

 

Artıq xaricdən məhsul sifariş edən hər kəs bunu Dövlət Gömrük Komitəsinin “smart customs” tətbiqində bəyan etməlidir.

Komitədən verilən məlumata görə, bu il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş “sadələşdirilmiş bəyannamə – elektron ticarət” layihəsinin tətbiqinə başlanılıb. İstifadəsinə gəldikdə isə, vətəndaşlar ASAN imza və ya mobil nömrələri ilə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidirlər.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov yeni tətbiqin istifadəyə verilməsinin vətəndaşların məhsullarını daha çevik şəkildə bəyan etməsinə səbəb olacağını deyib.

Mütəxəssisin sözlərinə görə, məhsul kateqoriyasının seçilməsində bir az da sadələşmə olsa, vətəndaş üçün proses daha asanlaşar.

Deməli, tətbiq nə qədər funksional olsa da, bəzi texniki məqamlar çətinlik yarada bilər. Vətəndaşlar əlavə rüsum tələb edilməyən həcmdən artıq məhsul gətirərsə, bu zaman bəyannamələrin doldurulmasında diqqətli olmalıdırlar. Çünki bəzi əməliyyatların geriyə dönüşü yoxdur.

Qeyd edək ki, fiziki şəxslər aylıq 300 dollar ekvivalentindən yuxarı məhsul sifarişi etsələr, onda əlavə olaraq gömrük rüsumu və vergi ödəyəcəklər. Buna görə alınan məhsulların ümumi qiymətinə diqqət etmək lazımdır ki, sonradan əlavə ödəniş etmək məcburiyyəti yaranmasın. (xezerxeber.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password