Məktəbtikən sülhməramlıları “narahat” edin: Düşmənin əlində əsirlərimiz var

Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı əsir düşənlərin məsələsini niyə qaldırmır?

15 dekabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan İkinci Qarabağ müharibəsində əsir düşmüş insanları dəyişdirdilər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, əsir mübadiləsi “hamının hamıya” prinsipi ilə həyata keçirilib.

Bildiyimiz kimi, erməni əsirliyində Birinci Qarabağ müharibəsi zamanı düşmən əlinə keçən minlərlə azərbaycanlı var idi. Bir neçə il əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun keçmiş rəhbəri Firudin Sadıqov onların sayını açıqlamışdı. Onun sözlərinə görə, Dövlət Komissiyasının məlumat bazasında itkin düşmüş kimi siyahıya alınan 4031 nəfər barədə məlumat var. Sadıqov qeyd etmişdi ki, Dövlət Komissiyası axtarılanların bir çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulduğunu və ya girov götürüldüyünü, işğal altındakı Dağlıq Qarabağ ərazilərində və bitişik bölgələrdə saxlanıldığını və ya Ermənistan ərazisinə keçirildiyini göstərən çoxlu sayda material toplanıb. (anl.az/down/meqale/zerkalo/2012/dekabr/282525.htm).

Əsir və girovların “hamının hamıya” mübadiləsi prinsipi Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş Azərbaycan vətəndaşlarının da geri dönməsini nəzərdə tuturmu? Onların yerləri müəyyənləşdirilibmi? 90-cı illərin əvvəllərindəki döyüş əməliyyatlarından sonra itkin düşənlərdən geri qaytarılan olubmu? AYNA suallara cavab axtarb.

Təəssüf ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından suallarımızı cavablandırmaqdan imtina etdilər. Ancaq sualımıza Komissiyanın üzvü, deputat Azay Quliyevdən cavab ala bildik.

“Birinci Qarabağ müharibəsi əsirlərinin geri qaytarılması məsələsi işçi qrupunun daim diqqət mərkəzindədir. Bu məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında əsirlərin mübadiləsindən sonra qaldırdıq. İtkin düşmüş elan edilmiş şəxslərin geri qaytarılıb-qaytarılmamasına gəlincə, bu məlumat məndə yoxdur ”, – deyə o bildirdi.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva Birinci Qarabağ müharibəsi iştirakçılarının bu vaxta qədər erməni əsirliyində qala biləcəklərinə inanmır: “Döyüş əməliyyatları iyirmi beş il əvvəl sona çatıb. Vətəndaşlarımızın hələ də erməni əsirliyində sağ olduqlarını düşünmürəm. Ən azından o vaxt əsir düşən uşaqları tapmağa çalışdıq. Ancaq bunu edə bilmədik. Yəqin, vəfat ediblər. Müharibə zamanı o qədər vəhşiliklər edilib ki…”.

Hər halda, Azərbaycanın müvafiq strukturları əsirlərin taleyi ilə maraqlanmalı və erməni tərəfdən bu insanlar barədə ən azı məlumat tələb etməlidir. Bəlkə, kimsə vəhşiliyə və kölə əməyi şəraitində olmasına baxmayaraq, hələ də sağdır? İnsanları vətənlərinə qayıtmaq şansından məhrum etmək olmaz.

Dövlət Komissiyasının bu məsələni qaldıracağına ümid edirik: axı, onların məlumatları var və Azərbaycanın öz vətəndaşlarından tələb etməsinə mane ola biləcək səbəbləri anlaşılan deyil. Buna rus sülhməramlıları vasitəsi ilə də nail olmaq olar. Axı, onlar Azərbaycana erməni separatçıları üçün məktəblər tikmək üçün gəlməyiblər…/ayna.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password