“Ermənistanın Türkiyə ilə bağlı bu addımı, onun özü üçün neqativ nəticələrə səbəb olacaq”

 

Vüqar Bayramov: “Türkiyə üçün hədəf Azərbaycan daxil olmaqla, türkdilli ölkələrlə ticarət əlaqələrini genişləndirməkdir”

Məlum olduğu kimi, bugünlərdə Paşinyan hökuməti Türkiyə ilə bağlı bütün dünyada gülüş doğuran qərara imza atıb. Belə ki, Ermənistan Türkiyədən məhsul idxalına qadağa qoyub.

Alıcılıq qabiliyyəti sıfıra bərabər olan, borc içində batan Ermənistanın Türkiyə ilə bağlı bu addımı, qardaş Türkiyə dövlətinin iqtisadiyyatı üçün hər hansı təsirə malidkirmi?

Bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov, Ermənistanın bu addımının yalnız onun özü üçün mənfi nəticələr doğuracağını vurğuladı:

“Ermənistanın bu qərarının Türkiyə iqtisadiyyatına hər hansı təsiri olmayacaq. Türkiyənin Ermənistanla olan ticarət dövriyyəsi kifayət qədər kiçikdir və bu, sadəcə özəl sektordakı bəzi şirkətlərin fəaliyyətində öz əksini tapır. Bu, Türkiyənin ixracatında hər hansı xüsusi paya malik deyil. Eyni zamanda, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər yoxdur, sərhədləri isə bağlıdır. Sərhədlərin bağlı olması isə ticarət dövriyyəsinə birbaşa təsir göstərir.

Türkiyə üçün hədəf Azərbaycan daxil olmaqla, türkdilli ölkələrlə ticarət əlaqələrini genişləndirməkdir. Paşinyan hökumətinin Türkiyə ilə ticari əlaqələri məhdudlaşdırması və ya dayandırması Ermənistanın özü üçün neqativ təsirlərə malik olacaq”./moderator.az/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password