Hulusi Akara söz vermişdim ki… – Şəhid tankçımızın SON SÖZLƏRİ

 

Türkiyə-Azərbaycan hərbi təlimlərində göstərdiyi yüksək bacarığa görə mükafat alan və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara “torpaqlarımızı azad edəcəyik” sözünü verən leytenant Valeh Məmiyev öz sözünün üstündə durdu. O, 44 günlük haqq savaşımızda böyük şücaət nümayiş etdirdi, Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Qəhrəman tankçımız qanı və canı bahasına verdiyi sözünü tutdu.

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi, general Yaşar Gülər ​​və digər komandanlarla birlikdə ölkəmizə səfəri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev oxu salonunda Müdafiə naziri Zakir Həsənovla birlikdə fotosərginin açılışında iştirak etmişdi.

“Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” adlı fotosərgidə Hulusi Akarın ölkəmizə əvvəlki səfərləri zamanı çəkilmiş bir fotoşəkil diqqəti cəlb edir.

Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani “Anadolu” agentliyinə həm Akarı duyğulandıran fotoşəkilin, həm də şəkilin qəhrəmanı olan şəhid leytenant Valeh Məmiyevin hekayəsini danışıb.

O, 13 avqust 2020-ci ildə həyata keçirilən təlimlərin sonunda H.Akarın təltif etdiyi bəzi əsgərlərlə söhbət etdiyini və onlarla foto çəkdirdiyini söyləyib. Bildirib ki, Akar hərbçilərə bu cür müraciət etmişdi: “Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da sübut etməlisiniz”.

Şəhid tankçımız Valeh Məmiyev isə Akara “Ali Baş Komandandan əmr gözləyirik. Döyüş əmri gələn kimi torpaqlarımızı azad edəcəyik və tələbinizi yerinə yetirəcəyik” deyə söz verib.

Şəhid leytenant Qubadlı rayonunun işğaldan azad olunmasından öncə bu fotonu döyüş yoldaşlarına göstərib və türk nazirin ona mükafat verməsindən danışıb: “O, təlimdən sonra mənə mükafat verdi. Dedi ki, burada öyrəndiklərinizi döyüş meydanında sübut etməlisiniz. Mən sənə güvənib cənab nazirə söz verdim. Söz verdim ki, düşməni məğlub edərək torpaqlarımızı azad edəcəyik, 30 illik həsrətimizə son qoyacağıq”.

Abdulla Qurbani Məmiyev və silahdaşlarının verdikləri sözü tutduqlarını və Qubadlının bir çox kəndlərini işğaldan azad etdiklərini bildirib.

Təəssüf ki, müharibə və qələbə itkisiz olmur. 44 günlük haqq savaşımızda Məmiyev ağır yaralanıb. Gülərək son anda “Mən məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə naziri Hulusi Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun” deyib və şəhadətə yüksəlib.

Şəhid leytenantımızın döyüş yoldaşları onun və digər şəhidlərin intiqamını alıblar./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password