“Ərdoğan oyunu dəyişdirdi…” – Fransız nəşrində sensasion məqalə

 

Fransanın “L’Opinion” qəzetinin yazarı Jan-Domenik Merşet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Liviya və Qafqazdakı münaqişələrdə “oyun dəyişdirən lider” adlandırıb.

Merşet 2003-cü ildən bəri ölkəni idarə edən Türkiyə liderinin illərdir məzlumların səsi olduğunu söyləyib.

Onun sözlərinə görə, Türkiyə könüllü şəkildə Avropanın bir üzvü olmaq istəsə də, qitə dövlətləri qapıları onun üzünə bağlayıb. Merşet bunun səbəbini 80 milyon müsəlman əhalisi olan bir dövləti Avropanın öz aralarında görmək istəməməsi ilə əlaqələndirib.

Fransız yazar qeyd edir:

“Avropa Birliyi qapılarını bağlasa da, Türkiyə öz bölgəsinə Yaxın Şərq və Asiyaya yelkən açdı. Fransızları şok etsə də, Türkiyənin Afrikadakı varlığı və Türk Hava Yollarının ən çox uçuş həyata keçirdiyi bölgənin bura olması ilə razılaşmalıdır. Qərb dünyadakı hegemonluğunu itirdi. Afrikada son zamanlarda Türkiyədən başqa, Çin, Rusiya, hətta İsrail də özünü göstərməyə başlayıb”.

Merest vurğulayır ki, son zamanlarda iqtisadi problemləri olsa da, Türkiyə hərbi texnologiyasını inkişaf etdirir:

“Türkiyə hərbi əməliyyatlarda böyük uğurlar qaznan pilotsuz uçan aparatlar (PUA) sayəsində digər ölkələrlə münasibətlərini inkişaf etdirir.

Bu gün Ərdoğanın ortaya qoya biləcəyi güclü və aktiv ordusu var. Türkiyə Liviya, Suriya və Qafqazda öz ağırlığını hiss etdirən bir mövqedədir, həmin və digər bölgələrdə güclü bir oyunçu kimi mövcuddur. Ərdoğan göstərdiyi strateji cəsarət və həyata keçirdiyi əməliyyatlar sayəsində önə çıxdı. Onun müdaxilələri Liviya və Qafqazdakı oyunları dəyişdirdi, hərbi qüvvələri hələ də Suriyadadır. Türkiyə müttəfiqi Rusiyanın dəstəyi ilə bölgədə gedən proseslərdə kilid rolunu oynayır”.

Fransız yazar Ərdoğanın Türkiyə daxilindəki reytinqinin də yüksək olduğunu, cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib.

Meşet Mustafa Kamal Atatürkdən bəri heç bir türk liderinin Ərdoğan qədər ölkəni bu qədər gücləndirə bilmədiyini yazır. (teleqraf)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password