Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Bakıya gəlib.
“Anadolu” agentliyi xəbər verir ki, o, Bakıda Türkiyə ilə Rusiya arasında qurulacaq Ortaq Mərkəzdə çalışacaq Türkiyə əsgərləri ilə görüşüb.
“Atəşkəs Ortaq Mərkəzdən izlənilir. Dostlarımız vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik”, – deyə türkiyəli nazir bildirib.