“Ankaranın Moskva ilə işbirliyi ABŞ-ı heç zaman qane edə bilməz” – Maksim Suçkov 

“Türkiyə ilə ABŞ arasında yaxınlaşma cəhdləri, şübhəsiz ki, olacaq. Əlbəttə bu yaxınlaşma Rusiya maraqlarına cavab verməyəcək”.

Bu fikirləri rusiyalı ekspert Maksim Suçkov bildirib. Onun sözlərinə görə, iki ölkə arasında yaxınlaşma cəhdləri ABŞ-Türkiyə münasibətlərinin ənənəvi problemlərini aradan qaldırmağa yönəldəcək. Amerika Türkiyədəki statusuna yenidən baxmaqla əslində dünya siyasətindəki təsirini yüksəltmək məqsədini güdür. Ankaranın Moskva ilə iş birliyi ABŞ-ı heç zaman qane edə bilməz.

Mütəxəssisin fikrincə, 2021-ci ildə də Qərb üçün əsas problem Rusiya, radikal islamçılıq və Orta Şərqdən qaçqın axını olaraq qalacaq. Qərbə belə düşünürlər ki, öz oyununu oynayan Türkiyə ilə bu məsələləri Rusiya ilə müqayisədə daha rahat müzakirə etmək mümkündür.

“Bayden komandası üçün maksimum vəzifə Türkiyənin neqativ yönünü daha çox Rusiyaya, daha az ABŞ-a qarşı çevirməkdir. Beləliklə, Qərb diplomatlarının və əksər analitiklərin ictimai ritorikasında Moskva ilə Ankara arasındakı obyektiv fikir ayrılıqlarına ciddi diqqət yetirilir”, – deyə Siçvo vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password