Dövlət bu ailələrə pul ödəyəcək – Millət vəkili

Ehtiyac meyarının artırılması imkan verəcək ki, daha çox ailə ünvanlı sosial yardım üçün müraciət edə bilsin. Çünki ehtiyac meyarı ailənin gəlir və xərcləri baxımından önəmlidir. Eyni zamanda bu imkan verəcək ki, ünvanlı sosial yardıma müraciət edən və gəliri dəyişməyən vətəndaşlarımız daha çox yardım ala bilsin. Yeni dəyişikliklə ailələr dövlətdən daha çox yardım ala biləcək.

Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi haqda danışarkən deyib.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

O bildirib ki, ehtiyac meyarının həddi 170 manat məbləğində müəyyən edilib:

“Ünvanlı sosial yardım məbləğ hesablanan zaman ehtiyac meyarı əsas götürülür. Məsələn, ailədə 4 nəfər varsa, onların ümumi gəlirləri hesablanır. Hesablanan zaman ailə sayı 170 manata vurulur və ailənin ümumi xərci tapılır. Bu zaman ailənin ümumi xərci 720 manat müəyyən edilir. Əgər ailənin gəliri 400 manatdırsa, 720 manatdan 400 manat çıxılır. Qalan 320 manat dövlət tərəfindən ünvanlı dövlət sosial yardım proqramı tərəfindən ödənilir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password