Bu generallar “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.
Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant, Bərxudarov Mayis Şükür oğlu – general-mayor, Məmmədov Zaur Sabir oğlu – general-mayor, Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor, Sultanov Ağamir Əzizxan oğlu – general-mayor Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.