Almaniyada 23 qatar yoldaşının ölümünə kədərlənən qu quşuna görə yubanıb
Almaniyada 20-dən çox qatar dəmir yolunda öz yoldaşının həlak olması səbəbindən kədərlənən qu quşuna görə demək olar, 1 saata yaxın yubanıb.
Hadisə Kassel (Hessen federal ərazisi) və Qettinqeni (Ağaşı Saksoniya) birləşdirən dəmir yolu xəttində baş verib.
Qeyd edilir ki, iki qu quşu yüksək sürətli dəmir yolunun ərazisinə gəlib. Quşlardan biri həmin ərazidə ölüb. Təxmin edilir ki, buna onun elektrik şəbəkəsinə toxunması səbəb olub. Sağ qalmış digər quş hadisə yerini tərk etmək istəməyib. Onu tovlamaqla dəmir yolundan çıxarmaq üçün dəfələrlə edilən cəhdlər də uğursuz nəticələnib. Sağ qalmış quş hadisə yerini tərk etmək istəməyib.
Dəmiryolçuların köməyinə Hessenin Fuldatal kommunasının yanğınsöndürənləri gəliblər. Onlar quşu xüsusi avadanlığın köməyi ilə qaldırıblar.
“Xilasedici əməliyyata görə 23 qatar təxminən 50 dəqiqə yubanıb”, – asayiş keşikçilərinin açıqlamasında qeyd edilir.
Salamat qalmış qu quşu sonra Fulda çayına buraxılıb.