Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni siyahısı yayılıb

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2 823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə  Müdafiə Nazirliyi məlumat verilib.

“Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, – məlumatda bildirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password