Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə necə təsir edəcək?

Məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışı Bakıda yaşayış binalarının və torpaqların qiymətinə təsir etməyəcək.

Bunu  əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirir ki, işğaldan azad olunmuş torpaqlara qayıdış bir neçə il çəkəcək. Orada yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Həmin rayonların yenidən qurulmasına həm dövlət, həm də xarici şirkətlər investisiya qoyacaq. Çox adam düşünür ki, Bakıda yaşayan məcburi köçkünlər öz yurdlarına qayıtsa, yaşayış binalarının və torpaqların qiymətləri düşəcək. Bu belə deyil. Çünki rayonlarda torpağın qiymətinin bahalaşıb, ya ucuzlaşacağı Bakının torpaq bazarına və yaşayış binalarının qiymətinə heç bir təsiri yoxdur. Əksinə əmlak bazarında qiymətlər qalxa bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password