Hadrutda və Zəngilanda nə baş verir?
Sosial şəbəkələrdə Xocavəndin Hadrut qəsəbəsi istiqamətində silahlı qarşıdurmalar ilə bağlı məlumatlar yayılıb.
Bildirilir ki, Hadrut istiqamətində erməni diversantlarının hücumu nəticəsində 2 hərbiçimiz şəhid olub, 5 nəfər yaralanıb.
Ermənilərdən isə 6 nəfər öldürülüb və 6 nəfər əsir götürülüb.
Düşmənin əvvəlcədən qazdıqları iri tunellər vasitəsilə hücuma keçdikləri deyilir.
Hazırda, Ordumuz ərazidə antiterror əməliyyatlarına davam edir.
Ermənilərin təxribatı nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərovun şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir.
Buna cavab olaraq Ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var.
Erməni diversantların Zəngilandakı komendant postuna da hücum etdikləri, nəticədə Azərbaycan tərəfdən 1 nəfərin yaralandığı deyilir.
İnsidentlərlə bağlı rəsmi qurumlar açıqlama verməyib.