Jirayr Liparityan: “Ermənilər ya qonşuları ilə normal münasibət qurmalı, ya da bu yerlərdən birdəfəlik köçüb getməlidirlər”

“Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması lazımdır. Əks halda çantalarını yığaraq başqa bir yerə köçməlidirlər”.

Bu fikirləri erməni diplomatı, Ermənistanın ilk prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan bildirib.

Onun fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli  baxan bir hökumət olmalıdır: “Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır. Çünki bu, təhlükəsizliyi təmin edir. Nifrət və qorxu – bu iki əsas duyğudan imtina edilməlidir. Çox təəssüf ki, bu iki fikir erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır. Qonşularla əlaqələr qurmaq, birbaşa Azərbaycan və Türkiyə ilə danışmaq, qonşuları anlamağı öyrənmək, nəyə görə “yox” cavabı verdiklərini başa düşmək lazımdır. Bu, düşməndə ünsiyyət qurmaq əminliyi yaradacaq. Qonşularımızın problemlərini başa düşdüyümüzə onları inandırmalıyıq”.

Diplomat həmçinin daşnak liderlərindən birinin 1988-ci ildə dediyi fikirləri xatırladıb: “Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı kəsəcəklər”.

“Bu gün bu səhv fikirdən qaçmaq lazımdır. Çünki bu cür yanlış düşüncə ilə Ermənistan heç vaxt müstəqil ola bilməz. Ya qonşularla ünsiyyət qurmağın yolunu tapacaqsan, ya da özün çantalarını yığaraq bir başqa yerə getməli olacaqsan!”./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password