Papa Bakıya əbəs yerə gəlməmişdi – ABŞ jurnalisti

 

Azərbaycanda xristianlığın tarixi dinin özü kimi qədimdir. Qafqazda ilk kilsə I-ci əsrdə İsanın həvarilərindən biri olan Varfolomey tərəfindən Azərbaycanda inşa edilmişdi. 313-cü ildə Azərbaycan xalqının ulu torpağı olan Qafqaz Albaniyası dünyada ilk xristian dövlətlərdən birinə çevrilmişdi. Bu gün müsəlmanlarla yanaşı, Azərbaycanda yarım milyon xristian, eləcə də pravoslav, protestant, katolik azad yaşayır və öz inamlarını açıq şəkildə etiraf edirlər.

Bunu amerikalı jurnalist, “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitabının müəllifi Raul Loueri Kontreras deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir çox kilsə dövlət hesabına Azərbaycan hökuməti tərəfindən təmir və bərpa olunub:

“UNESKO-nun xoşməramlı səfiri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransa, Bolqarıstan, Yunanıstan, Rusiya və Avropanın digər ölkələrində kilsələri, həmçinin Vatikan katakombalarını təmir edib. Papa Fransiskin 2016-cı ildə Bakıya gəlməsi əbəs deyil. Mən orada idim, gördüm. O, Azərbaycanda dinlərarası tolerantlığın nümunəvi modelini yüksək qiymətləndirdi və Bakının mərkəzində tikilmiş katolik kilsəsində messanı keçirdi”.

Raul Loueri Kontreras bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə baxmayaraq, Azərbaycanın Bakı, Gəncə və digər iri şəhərlərində 30 mindən çox etnik erməni sülh şəraitində yaşamaqda davam edir:

“Bakının mərkəzində dövlət tərəfindən təmir olunmuş və mühafizə olunan gözəl erməni kilsəsi yerləşir. Kilsə Kitabxanasında Ermənistanın mədəni irsi kimi Azərbaycan hökuməti tərəfindən mükəmməl şəkildə qorunub saxlanılan 5 000 qədim erməni kitabı var. Hətta Ermənistanın baş din xadimi katolikos II Qaregin 2010-cu ildə bu kilsəyə gələrək, məbədin gözəl vəziyyətdə olduğunu etiraf etmişdi”./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password