Gorusa bitişik daha bir kənd Azərbaycanın nəzarətinə keçdi

“Ermənistanın cənub-şərqindəki Sünik bölgəsinin sərhəd kəndi olan Vorotan kəndi azərbaycanlıların hədəfinə çevrilib. Azərbaycan əsgərləri bu gün səhər kəndə girib və sakinlərə buranın Azərbaycan ərazisi olduğunu iddia edərək oranı tərk etmələrini tələb ediblər”.

Bu barədə ”Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda deyilir ki, Gorus Bələdiyyəsinin sədr müavini Menua Hovsepyan bu faktı təsdiqləyib. Vorotan, genişlənmiş Gorus icmasının bir hissəsidir. Hovsepyan, bədnam demarkasiya çərçivəsində azərbaycanlıların həqiqətən kəndin bir hissəsini tələb etdiyini söyləyərək, GPS sistemlərinə görə ərazilərdən birinin Azərbaycan ərazisinə düşdüyünü qeyd edib.

Bura əsasən bağçalar və 12 evin olduğu hissədir. Azərbaycan tərəfi bu evlərə bitişik torpaq sahələrinə də iddia edir. Hazırda bələdiyyə sədrinin müavininin dediyinə görə, azərbaycanlılar evlərdən birinin həyətində dayanıblar.

“Ermənistan hökuməti bizi taleyin mərhəmətinə buraxdı. Azərbaycanlılar öz şıltaqlıqlarını ayrılma xəttində davam etdirirlər. Bizdən isə heç bir hökümət nümayəndəsi yoxdur. Yalnız yerli hakimiyyət orqanları var”- deyə Hovsepyan bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password