“Zəngilanı bərpa edəcəyik” – “Vəhşilər torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayıb”

“Zəngilan rayonunun gözəl mənzərəsi! Səfalı məkan! Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Burda görünür ermənilər yaşayıblar. Amma görün nə gündə! Nə gündə! Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayır, budur, bunun sübutu”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə səfəri zamanı deyib.

Prezident deyib ki, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb: “Ermənilərin zəbt elədikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz, eşiksiz qoyasan, sonra da onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır.

Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi dəlil kimi olacaq”.

Dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password