Bir sıra dövlət başçısı və ictimai, siyasi xadim Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin yüksək peşəkarlığınız və nadir təcrübəniz, müasir beynəlxalq münasibətlərin inkişaf xüsusiyyətlərinə dərindən bələd olmağınız sayəsində bu gün Azərbaycan öz daxili potensialını inamla artırmaqda, beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmlətməkdə davam edir.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Bakının verdiyi diqqətə və əhəmiyyətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyinin bayram edilməsi ərəfəsində Azərbaycan Respublikası tərəfindən dialoq üzrə tərəfdaş kimi göstərilən, Şanxay Əməkdaşlıq Təşkilatının regionda və beynəlxalq məkanda nüfuzunun artırılmasına yönəlmiş səylərə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Azərbaycanın iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri üzrə konstruktiv, qarşılıqlı faydalı dialoqun formalaşması və inkişafı üçün geniş imkanlar yaradır. Ümidvaram ki, Siz bizim təşkilatımıza dəstəyinizi bundan sonra da davam etdirəcəksiniz.
İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzu edim”.
İtaliyanın sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattinidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırır, Zati-alinizə uzun ömür və möhkəm cansağlığı, xalqınıza isə sülh və firavanlıq diləyirəm. Ölkənizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək mənim üçün həmişə xoş və şərəfli olub. İndi də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıqdan məmnunluq duyuram. Bütün Qafqaz regionunda Sizin güclü və müdrik rəhbərliyinizə heyranam.
Doğum gününüz mübarək, cənab Prezident”.
Qırğız Respublikasının Prezidenti vəzifəsini icra edən Talant Mamıtovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi arzularımla təbrik edirəm.
Azərbaycan Sizin peşəkarlığınız və həyat təcrübəniz, xalqların dəstəyini və hörmətini qazanmış müdrik rəhbərliyiniz sayəsində çoxlu nailiyyətlər əldə etdi.
Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı faydalı əməkdaşlıq, habelə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də möhkəmlənəcək.
Eyni zamanda, Sizi Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan qarşıdan gələn yeni 2021-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram. Bu il Sizin və ümumiyyətlə bütün Azərbaycan xalqı üçün əlamətdar bir ildir. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu müharibə göstərdi ki, Azərbaycan müasir, güclü ordusu olan və iqtisadiyyatı sürətlə inkişaf edən dövlətdir. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.
Möhtərəm cənab Prezident, Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün ölkəmiz beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur.
Sizin digər sahələrdə həyata keçirdiyiniz praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfəsini verməkdədir.
Doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram”.
Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi “VTB Bank”ın İdarə Heyətinin, kollektivinin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Siz görkəmli milli lider kimi Azərbaycanın iqtisadiyyatda və sosial sahədə nailiyyətlərinə görə haqlı olaraq fəxr edən, beynəlxalq aləmdə nüfuz qazanmış müasir dinamik dövlət kimi inkişaf etməsi üçün çox iş görmüsünüz.
Rusiya Federasiyasında Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, mehriban qonşuluq münasibətlərini və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı yüksək qiymətləndirirlər. “VTB Bank”ın Azərbaycanda səmərəli fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun onun kapitalında iştirakı iki ölkənin qarşılıqlı əməkdaşlığının möhkəmliyini və strateji xarakterini sübut edən mühüm amillərdir.
Hörmətli İlham Heydər oğlu, Azərbaycanın inkişafı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.
Zati-aliləri, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirik”.
“Safmar Qrup” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin vətəndaş mövqeyiniz və siyasi mərdliyiniz, xarakterinizin möhkəmliyi və öz qüvvənizə inam həqiqi liderin parlaq cəhətləridir.
Öz ölkənizə səmimi sevgi və onun əsl mənafelərini qorumaq istəyiniz həmvətənlərinizin – Azərbaycan Respublikası vətəndaşlarının Sizə dərin hörmət və ehtiramını daha da artırır.
Doğma respublikanızın və onun əhalisinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirəm”.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovadan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Bu gözəl gün Sizin üçün, ailəniz üçün və bütün Azərbaycan üçün bayramdır.
Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkənizin firavanlaşması naminə gördüyünüz işə bütün xalqın verdiyi yüksək qiymətlə dəstəklənir.
Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz. Siz dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyyatının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz.
Bu əlamətdar gündə Zati-alinizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, xoşbəxtlik, möhkəm cansağlığı, sevinc və firavanlıq, Sizə və yaxınlarınıza tükənməz enerji diləyirəm”.
İtaliyalı diplomat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Antonio Zanardi Landidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, Sizə, birinci xanım Mehriban Əliyevaya və bütün xalqınıza sülh və uğurlar arzu edirəm.
Bu gün bütün dünya pandemiya səbəbindən çox mürəkkəb bir dövr yaşayır. Buna baxmayaraq, ümid edirəm ki, hazırkı böhran tezliklə sona çatacaq və biz normal həyata qayıdaraq inkişaf, firavanlıq və sülh fəaliyyətimizi davam etdirəcəyik.
Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyətini davam etdirərək bizi Sizin gözəl paytaxtınız Bakı şəhərində yenidən görüşdürəcək.
Cənab Prezident, doğum gününüz münasibətilə Sizi bir daha dərin ehtiramla təbrik edir, ən xoş arzularımı çatdırıram”.
Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru Səfir Syuzan Eliotdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli Prezident Əliyev.
Doğum gününüz münasibətilə Sizi Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin adından ən xoş arzularla təbrik edirəm.
Baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığımızdan bilirik ki, Siz bu Mərkəzin missiyasına davamlı olaraq dəstək göstərirsiniz. Bu missiyaya dəstək verilməsinə biz də qoşulur, Mərkəzin sülh və münaqişələrin həlli ilə bağlı fəaliyyətinə sadiqliyinizi alqışlayırıq.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan xalqı ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvarıq”.
Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni ildə şəxsən Sizə və ailənizə cansağlığı, uğurlar, firavanlıq arzulayıram.
Ümidvarıq ki, bu ilin yekunları Qafqazda sülhün tam bərqərar olunmasına, bütün xalqlar üçün firavanlığa imkan yaradacaq. O da vacibdir ki, Rusiya-Azərbaycan münasibətləri möhkəmlənməkdə davam edir.
Görüşlərimizi məmnuniyyətlə xatırlayıram və ümidvaram ki, hələ qarşıda bizim birgə işləmək imkanımız olacaq.
Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq”.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi dərin ehtiramla və xoş arzularla təbrik edirəm.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uzun illər tükənməyən enerji arzulamaqdan xüsusi məmnunluq duyuram.
Siz dünya miqyaslı nüfuzlu siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da haqlı olaraq dərin hörmət qazanmısınız.
Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini və işgüzar tərəfdaşlığı hərtərəfli dəstəklədiyinizə və onların inkişafına verdiyiniz dəyərli şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm. Əminəm ki, biz qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirəcəyik”.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunun durmadan artması və qazanılan nailiyyətlər bütün Türk dünyasında böyük sevinclə qarşılanır. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz türkdilli ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli dərinləşməsinə töhfə verməkdə davam edəcəkdir.
TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətə və yaradılan şəraitə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri İsmail Serageldindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Mən 2021-ci ildə münasib bildiyiniz vaxtda Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, həmçinin onun Qəyyumlar Şurasının üzvləri adından Sizin rəhbərliyinizlə Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğaldan azad olunması nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, Gəncəyə və digər şəhərlərə müharibənin vurduğu zərərin aradan qaldırılması istiqamətində həyata keçiriləcək işlərin çox olduğunu yaxşı bilirik. Ancaq biz Zati-alinizin yüksək peşəkarlığı və müdrikliyi sayəsində bu çətin işlərin ən səmərəli şəkildə reallaşdırılacağına əminik. Eyni zamanda, mənşəyi və dini mənsubiyyətindən asılı olmayaraq tarixi və mədəni abidələrin qorunub saxlanılacağına dair Sizin mühüm bəyanatlarınıza heyranlıq və dəstək ifadə edən çoxsaylı insanlara mən də qoşuluram. Bu, bütün dünyada daha geniş təbliğ edilməli olan növbəti vacib və xoşməramlı təşəbbüsdür.
Fürsətdən istifadə edib, Baş katibimizin böyük səyləri nəticəsində əvvəlki illərdən fərqli olaraq çoxlu sayda yüksək səviyyəli onlayn görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. BMT, Avropa və Amerikadan olan institutlar, eləcə də Ümumdünya İncəsənət və Elm Akademiyası, “The Lancet” tibb dərgisi kimi, eləcə də Çindən olan ən nüfuzlu qurumlarla fəal tərəfdaşlıq etmişik. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiyaya baxmayaraq beynəlxalq arenada öz fəallığını qoruyub saxlamaqla bərabər, yeni dostlar və tərəfdaşlar qazana bilib, həmçinin sosial mediadakı fəaliyyətini genişləndirib.
Mərkəzin Qəyyumlar Şurasına, onun həmsədrlərinə, Baş katibimizə və əməkdaşlarına göstərdiyiniz etimada görə Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu çətin ildə qazandığı uğurlardan məmnunluq duyursunuz. Biz 2021-ci ildə həyatın normal məcraya qayıdacağını səbirsizliklə gözləyirik.
Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram”.
Moldova Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Çox əlamətdar bir hadisəyə – Dağlıq Qarabağda sülh razılaşmasının əldə edildiyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf edən doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Bu nailiyyət Sizin nümayiş etdirdiyiniz iradə, qətiyyət və müdriklik sayəsində mümkün oldu. Əslində, bu, son bir neçə onillikdə dünyada həllini tapmış yeganə dondurulmuş münaqişə idi.
Çox şadam ki, Siz atanız Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir, ölkənizin və xalqınızın mənafelərini yüksək səviyyədə müdafiə edirsiniz.
Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadi, sosial və mənəvi həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlər qazanıb. Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib.
Sizə iqtisadi potensialın artırılması, sülhün və asayişin möhkəmləndirilməsi işində səmimi qəlbdən yeni uğurlar arzu edirəm. Qoy, Sizin quruculuq səylərinizin nəticələrini Azərbaycan Respublikasının hər bir sakini hiss etsin.
Qoy, ölkənizin vətəndaşlarının rifahı naminə Sizin bütün yaradıcı təşəbbüsləriniz uğurlu olsun! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, bütün işlərinizdə və niyyətlərinizdə uğurlar arzu edirəm!”.
Gürcüstanın sabiq Baş nazir müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvilidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Bu il Sizin liderliyinizlə və Azərbaycanın parlaq gələcəyi naminə fədakar fəaliyyətinizlə möhkəmlənən ölkəniz üçün tarixi bir il oldu.
Sizə neçə belə xoşbəxt ildönümləri arzu edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir, Sizin müdrik rəhbərliyinizdən və təcrübələrinizdən yararlanmaqdan məmnunluq duyuruq”.