“Şəhid ailələrinə və qazilərə dövlət dəstəyi genişlənəcək” – Deputat

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası Vətən müharibəsində şəhid olanların və onların ailə üzvlərinin bank krediti borclarının silinməsi ilə bağlı tədbirlər həyata keçirir. Həmçinin, müharibədə xəsarət almış hərbçilərin də banklara olan borcları silinir, şəhid olmuş şəxslərin vərəsələrinə, xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənilir.

Şəhidlərin və Qarabağ qazilərinin borclarının silinməsini şərh edən millət vəkili Vüqar Bayramov bunu təqdirəlayiq hal hesab edib: “Cənab prezidentin göstərişi ilə Azərbaycan Banklar Assosiasiyası şəhid ailələrinin borclarının silinməsi ilə bağlı qərar qəbul edib. Və həmin qərar bütün kommersiya bankları tərəfindən dəstəklənib. Biz artıq bu qərarın icrasını müşahidə edirik. Eyni zamanda, əgər hər hansı şəhid ailəsinin kredit borcu varsa və bununla bağlı müraciət etməyibsə, borc götürdüyü banka, Azərbaycan Banklar Assosiasiyasına məlumat verməsi vacibdir.

Bundan əlavə, “YAŞAT” Fondu da bütövlükdə bu istiqamətdə işləri davam etdirəcək. Əslində bankların borcları silməsi ondan xəbər verir ki, təkcə dövlətin deyil, həm də özəl sektorun da şəhid ailələrinə dəstəyi var. Yəni onlar da şəhid ailələrinin sosial təminatının yaxşılaşdırmasında öz dəstəklərini əsirgəmirlər. Bank və maliyyə sektorunun bütövlükdə prosesə qoşulması təqdirəlayiqdir”.

Millət vəkili qeyd edib ki, növbəti mərhələlərdə də şəhid ailələrinə, Qarabağ qazilərinə həm dövlət, həm də özəl sektorun dəstəyi genişlənəcək: “Nəzərə alsaq ki, bu məsələ əsas prioritetdir, gələcək mərhələlərdə də şəhid ailələrinə, Qarabağ qazilərinə xüsusi dəstəyin verilməsi və onların sosial durumunun yaxşılaşdırılması istiqamətində çox mühüm addımların atılacağını müşahidə edəcəyik. Ümumilikdə cənab prezidentin siyasətinin əsas istiqaməti hər bir Azərbaycan vətəndaşının sosial problemlərinin həll edilməsi və onların rahat yaşamasını təmin etməkdir. İstər müharibə, istərsə də pandemiya dövründə bu istiqamətdə dövlət tərəfindən atılan addımlar buna bir daha sübutdur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password