Rusiyalı mütəxəssis: “Koronavirusla bağlı vəziyyətin 5 il davam edəcəyini proqnozlaşdırılır”

 

“Koronavirusla bağlı vəziyyətin növbəti 5 ildə də davam etməsi proqnozlaşdırılır”.

Bu barədə Rusiyanın Yoluxucu xəstəliklər mütəxəssisi Yevgeni Timakov koronavirusla bağlı vəziyyəti şərh edərkən deyib.

Rusiyalı mütəxəssis: "Koronavirusla bağlı vəziyyətin 5 il davam edəcəyini proqnozlaşdırılır"

O, bütün virusların daima mutasiya etdiyini önə çəkərək, bu fonda koronavirusu da istisna etməyib. Mütəxəssis qeyd edib ki, koronavirusun mutasiya etməsi bir o qədər də təhlükəli deyil: “COVID-19 da mutasiya edir, onun genetik dəyişikliyə uğraması o qədər də əhəmiyyətli deyil”.

Y.Timakovun sözlərinə görə, koronavirus infeksiyasının mutasiya prosesi hər halda 5-7 il davam edəcək: “Daha çox yoluxucu olacaq, lakin daha az fəsadlara səbəb olacaq. Hazırda biz bu prosesin Böyük Britaniyada baş verdiyini müşahidə edirik. Dəyişiklikdən sonra yeni virusun yoluxma faizi 70-dən daha çoxdur, lakin şiddəti, ağırlaşdırıcı əlamətlərinə dair heç bir dəlil yoxdur”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password