Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış
Dövrü mətbuatda və elektron informasiya vasitələrində yazılanlara görə Respublika Perinatal Mərkəzində yenicə dünyaya gələn körpələri doğulmaqlarına peşiman edirlər. Yazılırlar ki,mərkəzin direktoru Sevinc Məmmədovanın rəhbərlik etdiyi tibb personalı üçün insan amili ən son yerdə dayanır.Bütün bunlara baxmayaraq Səhiyyə Nazirliyinin Respublika Perinatal Mərkəzində baş verən bu qanunsuzluqlara qarşı heç bir tədbir görməməsi də bu məlumatlara daxildir.Burada həm də rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlər var və Baş həkimin gün ərzində qazancının heç də az olmaması da məlumatlarda yer alıb.
Aktualinfo.org Respublika Perinatal Mərkəzində Baş həkimin rüşvət yolu ilə qazandıqları barədə deyil,dövlət vəsaitlərindən əldə etdiyi gəlirlər ətrafında araşdırmalar aparıb.Sən demə xəstələrdən alınan pullardan əlavə burada pul çixarmağın başqa yolları da varmış.Perinatal Mərkəz tərəfindən keçirilmiş satınalma prosedurlarında ancaq Baş həkimə yaxın şəxslərə məxsus şirkətlərin iştirak etdiyi də araşdırmalar zamanı məlum olmuşdur. Bir çox hallarda isə korovka sorğusu üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatlar dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilir ki,bu da dövlət vəsaitlərinin oğurlanmasına gətirib çıxarır.Mərkəz tərəfindən 2020-ci il üçün həyata keçirilmiş satınalmalar isə aşağıdakılardır.
Respublika Perinatal Mərkəzi 14.12.2020-ci il tarixdə maşın və avadanlıqların alışı üzrə keçirmiş olduğu kotirovka sorğusunda “GEVİS”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 17000 manat məbləğində,tibbi blanklar üzrə “HESREN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27000 manat,yumşaq inventar üzrə “BENİN-LTD”Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27995 manat,binanın cari təmiri üzrə “BORANLI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 14996 manat məbləğində satınalma müqavilələri bağlanılmışdır. Müqavilənin başa çatma müddəti satınalmaların elektron portalında yerləşdirilmiş məlumatlara görə 30.12.2020-ci il tərixə qədərdir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GEVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, 28 MAY Ə/V, ASİF MƏHƏRRƏMOV, ev 21,m. 45,qanuni təmsilçisinin Mirzəyev Həsən Məhəmməd oğlu olduğu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HESREN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.10.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MƏMMƏD ARİF, ev 27/108,qanuni təmsilçisinin Zeynalov Turan Taleh oğlu olduğu qeyd olunub
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BENİN-LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.08.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev 16, m. 108,qanuni təmsilçisinin Ağayev Elnur Ələddin oğlu olduğu qeyd olunub.
Qeyd edək ki,Elnur Ağayevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1,(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 29, 177.2.3-1,(elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə); 29, 177.2.4, (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə barəsində Səbail rayon Məhkəməsində 20.04.2018-ci ildə apellyasiya protesti keçirilib.Eyni zamanda 04.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Virgin-A.E”MMC-nin və 20.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış “ATEK UNİFORM” MMC-nin qanuni təmsilçisidir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BORANLI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.08.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev 16,m.108,qanuni təmsilçisinin Vəliyev Camal Şakir oğlu olduğu qeyd olunub.
Göründüyü kimi Respublika Perinatal Mərkəzin Tender Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı satınalmalar haqqında qanunun tələblərinə riayyət etməmiş, bilərəkdən və ya dolayısı yollarla saxtakarlığa yol vermişdir.Əslində isə Komissiyanın ən birinci nəzərə almalı olduğu şərt iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalı idi.Lakin kotirovka sorğusunun keçirilməsindən bir neçə ay əvvəl yaradılmış,10 manat nizamnamə kapitalı olan,başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC -lərin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər?
Qeyd edək ki,Respublika Perinatal Mərkəzinin bir ayın içində keçirdiyi bu bir neçə satınalmada orta hesabla 100 min manat dövlət vəsaiti “xərclənib”.Hamısı da bir-iki ay əvvəl yaradılmış MMC-lər vasitəsi ilə.Bəllidir ki,Bu MMC-ləri kimlər yaradıb və başında kimlərin durduğunu Baş həkim Sevinc Məmmədovan başqa kimsə daha yaxşı bilə bilməz.
Aktualinfo.org