BŞİH-ə tabeli idarələrə alınan xüsusi texnikalar neçəyə başa gəlir?
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarələr ilin sonunda tender yolu ilə xüsusi texnikalar almaq qərarına gəliblər. İlin sonunda büdcədən vəsait çıxarmağın bir yolu da budur.İdarələrin elan etdikləri tenderin əsas şərtlər toplusunda alınacaq texnikaların adı,növü açıqlanmasa da ayrılan pullar maraq doğurmaya bilmir.Məsələn, Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi 4 ədəd nəqliyyat və xüsusi texnikaların alınmasına bir milyon manata yaxın dövlət vəsaiti ayırıb.Hər birinin qiyməti təxminən 240 min manata başa gələcək bu texnikalarla idarə harada və nə kimi işləri görməyi planlaşdırır deyə bilmərik. Əslində bilmək istədiyimiz çox qaranlıq məsələlər var ki, cavab verən yoxdu.Birinci bilmək istədiyimiz isə markası,növu açıqlanmayan bu xüsusi texnikaların Bakı şəhər İcra Hakimiyyətinə tabeli idarələrə neçəyə başa gəlməsidir.
İndi isə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarələrinin ümumi olaraq bağladıqları 5 513 186 manat məbləğində satınalma müqavilələrinə diqqət yetirək. Qeyd edək ki,müqavilə bağlandıqdan sonra 10 təqvim günü ərzində nəqliyyat və xüsusi texnikaların göndərilməsinə başlayıb, maksimum 90 gün ərzində sifarişçiyə təqdim olunması başa çatdırılmalıdır.Burada əğər söhbət xüsusi texnikalardan gedirsə,deməli bu hansısa xarici ölkələrin birindən alınır.Koronavirus pandemiyası ilə əlaqədar dövlət sərhədlərinin bağlı olduğu,təyyarələrin belə uçuşu xüsusi reyslərlə həyata keçirildiyi bir dövrdə bu texnikalar sifarişçılərə 10 təqvim günündə hansı yollarla çatdırılacaq?Düşündürücü sualdır deyilmi? Bəs nəqliyyat və xüsusi texnikaların alınmasına vəsait ayıran idarələr hansılardır?
Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 967 775.82 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur.Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da idarə göstərilən məbləğə 4 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 945 180 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur.Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 5 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyat İdarəsi tərəfindən 09.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 717 773.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur.Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Bakı şəhər İcra Hakimiyyətinə tabeli,Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A ünvanında yerləşən Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 08.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 980 913.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur.Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 07.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 912 820.86 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur.Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 01.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 988 722 manat məbləğində müqavilə 04.12.2020-ci il tarixdə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Qeyd edək ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin 19.07.2017-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 226 010.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, TELNOV, ev 2347/48, m. 290,qanuni təmsilçisinin İbadullayev Samir Sahib oğlu olduğu qeyd olunub.
Bu MMC-nin barəsində açıq mənbələrdən heç bir məlumat əldə edə bilmədik.Görünür MMC gizlin fəaliyyət göstərir. Milyonlarla manat dövlət sifarişləri alan “Az-Tex-İmport” MMC-nin dövrü mətbuatda yazılanlara görə dövlətə 12 min 304 manat vergi borcu var. Amma buna baxmayaraq MMC son aylarda bir çox böyük məbləğlərdə dövlət sifarişlərini qalibi olub.Görəsən arxasında hansı yüksək çinli məmur dayanır?
Aktualinfo.org