Yerevanda yürüş: Paşinyan məzarlığa polis gücü ilə daxil oldu

Bu gün Ermənistanda üç günlük matəmlə əlaqədar baş nazir Nikol Paşinyan, hökumət üzvləri və tərəfdarlarının “Yerablur” məzarlığına yürüşü ictimaiyyətdə gərginliyə səbəb olub. Hazırda ərazidə vəziyyət gərgin olaraq qalıb. Polis qüvvələri məmurlara yol açmağa çalışıb. Polislə Paşinyana etiraz edənlər arasında gərginlə baş verib.

Ermənistan KİV-ləri sadə ermənilərin Respublika meydanından Yerablura qədər təşkil olunan yürüşə baş nazirin də qatılmasına kütləvi şəkildə etiraz etdiyini yazırlar.

Bildirilir ki, Paşinyanın rəqiblərinin onun istiqamətinə müxtəlif əşyalar atıb.

Onlar Paşinyana ölkənin bir nömrəli satqını və minlərlə ölü əsgərin qatili kimi baxdıqlarını gizlətmirlər. Həmçinin, qeyd edilir ki, hökumətin təşkil etdiyi anım yürüşünə minlərlə dövlət işçisi məcburi qaydada cəlb edilib. Həmin şəxslər yürüşə qatılan baş nazirin adını qışqıraraq alqışlayıb, müəyyən şüarlar səsləndiriblər. Jurnalistlərin diqqətini baş nazirin öz mühafizəsini xeyli artırması da çəkib:

“Yürüşdə baş nazirlə yanaşı Parlamentin sədri Ararat Mirzoyan, hökumət üzvləri, qubernatorlar, deputatlar da aktiv iştirak ediblər. Nikol Paşinyan hökumət binasını böyük sayda mühafizəçilərin müşayəti ilə tərk etdi. Onun yanında böyük qızı Məryəm Paşinyan var idi”.

Xatırladaq ki, səhər sosial şəbəkələrin erməni seqmentində hökumətin yürüş iştirakçılarının sayını artırmaq, baş nazirin tərəfdarlarının çox olduğunu göstərmək üçün müəyyən vasitələrə əl atması barədə foto və videolar paylaşılırdı. İddia edilirdi ki, dövlət qurumlarının işçilərini- Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polisləri, mülki geyimli hərbi qulluqçular toplamaq üçün ölkənin hər yerinə xüsusi avtobuslarla göndərilib və onlar toplanaraq yürüş yerinə gətiriliblər. Bundan əvvəl isə ölən hərbçilərin yaxınları, saat 11-də Yerablurda toplaşmışdılar. Onlar Paşinyanın Yerablura girməsinə mane olacaqlarını deyərək baş nazirin müharibə qurbanlarının xatirəsini ləkələmək haqqının olmadığını demişdilər./virtualaz.org/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password