Murovda düşmənlə 3 saat təkbaşına döyüşən şəhidimiz son mənzilə yola salındı

 

Vətən müharibəsində şəhid olan daha bir hərbçinin nəşi ailəsinə təhvil verilib. Baş leytenant Bayram İlqar oğlu Babaşovun nəşi bu gün doğulduğu Cəlilabad rayonunun Günəşli kəndinə aparılıb. Kənddə şəhid zabitin izdihamlı dəfn mərasimi keçirilib, yüzlərlə kənd sakini canını Vətən uğrunda qurban verən qəhrəman zabiti son mənzilə yola salıblar.

Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına vuruşan kəşfiyyatçı-zabitin nəşi bir neçə gün öncə tapılmışdı. Ailəsinin onunla sonuncu telefon danışığı sentyabrın 29-da olub. O vaxtdan bəri Bayramla əlaqə saxlamaq mümkün olmayıb.

Döyüş yoldaşlarının sözlərinə görə, Kəlbəcərdə əsgərlərini mühasirədən çıxarmaq üçün üç saat təkbaşına döyüşən, 30-dan çox düşməni məhv edən bölük komandiri, baş leytenant Bayram Babaşov oktyabrın 2-də şəhid olub. Onun iki qardaşı da Vətən müharibəsində ilk gündən iştirak edib və hər ikisi qazi olub. Şəhid zabitimiz ailəli idi, 3 yaşlı bir oğlu var. Allah rəhmət eləsin.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password